logo
"Zəfərə Aparan İdeya" adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək

"Zəfərə Aparan İdeya" adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək

"Zəfərə Aparan İdeya" adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək "Zəfərə Aparan İdeya" adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin final mərhələsi keçiriləcək.

Müsabiqənin keçirilməsində məqsəd uşaqların şəxsiyyət kimi formalaşması, vətənpərvərlik və mili-mənəvi dəyərlər ruhunda tərbiyəsi, maraq dairələrinə aid olan məsələlərdə iştirakının təmin edilməsidir.

Qeyd edək ki, respublika üzrə 14-18 yaş qrupları arasında keçiriləcək müsabiqə ilə əlaqədar 7 oktyabr 2022-ci il tarixində Dövlət Komitəsinin rəsmi internet səhifəsində elan yerləşdirilib. Müsabiqəyə elektron layihə təqdimatlarının qəbulu  27 oktyabr 2022-ci il tarixinədək davam edib və ümumilikdə 358 uşağın müraciəti qeydə alınıb.

10 yaradıcı layihə ikinci mərhələyə vəsiqə qazanıb və tədbir zamanı münsiflər heyəti qarşısında nümayiş etdiriləcək. Səsvermə yolu ilə 3 ən kreativ layihənin  müəllifi qalib elan ediləcək.

Tədbir 04 noyabr 2022-ci il tarixində saat: 11:00-da “Holiday İnn“ otelində (ünvan: Kövkəb Səfərəliyeva küç. 5) baş tutacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media