https://innews.media/uploads/news/2026-08/_innews_b183729d95b703e64098d05e9_o.jpg
Bakı Mühəndislik Universitetinin (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirdiyi ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını PKTU-da davam etdirəcək tələbələrin növbəti qrupu Çinə yola salınıb.
Bakı Mühəndislik Universitetinin (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirdiyi ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını PKTU-da davam etdirəcək tələbələrin növbəti qrupu Çinə yola salınıb.
Universitetdən bildirilib ki, 2026/2027-ci tədris ilində Çində təhsil alacaq 37 tələbənin yola salınması prosesi başa çatıb.
Tələbələr 2026/2027-ci tədris ilindən etibarən PKTU-da müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.
Xatırladaq ki, BMU ilə PKTU arasında ikili diplom proqramının icrasına 2025-ci ildə başlanılıb. Azərbaycan və Çin ali təhsil müəssisələri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı 6 ixtisası – kimya mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, kimya, biotexnologiya və biznesin idarə edilməsi ixtisaslarını əhatə edir.
“2+2” modeli əsasında həyata keçirilən proqram çərçivəsində tələbələr ilk iki il təhsillərini BMU-da başa vurduqdan sonra III və IV kurslarda PKTU-da oxuyurlar. Bu müddətdə onlar hər iki universitetin akademik imkanlarından faydalanır, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirir, həmçinin beynəlxalq təhsil mühitində təcrübə qazanırlar.
Proqramın tələblərini uğurla yerinə yetirən məzunlara BMU və PKTU tərəfindən bakalavr diplomlarının verilməsi nəzərdə tutulur. BMU-PKTU ikili diplom proqramı Azərbaycan və Çin arasında ali təhsil əməkdaşlığının genişləndirilməsinə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir.
Ən son xəbərləri səhifəmizdən də izləyin