https://innews.media/uploads/news/2026-08/_innews_8e7702009f50dd1f2e1c2d4fd_o.jpg
31 avqustda Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
Tədbir yeni inşa olunan, 51 min tamaşaçı tutumuna malik “Bişkek Arena”da baş tutacaq.
Gecənin dünya şöhrətli musiqili qonaqlarından biri “The Pussycat Dolls” qrupunun solisti kimi məşhurlaşan Nikol Şerzinger olacaq. Azərbaycanlı müğənni Roza Zərgərli də açılış mərasiminin xüsusi qonaqları sırasında “headliner” olacaq.
Açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin qatılması gözlənilir. Bişkek eyni günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də ev sahibliyi etdiyindən dünyanın müxtəlif ölkələrindən çoxsaylı liderlər hazırda Qırğızıstandadır.
Ən son xəbərləri səhifəmizdən də izləyin