https://innews.media/uploads/news/2026-08/_innews_8cf83b2c114bdf5b5a4e8ca4c_o.jpg
"Şimali Kiprdə batan gəmi heyətinin 3 üzvünün Azərbaycan vətəndaşı ola biləcəyi ehtimal edilir”.
"innews media" xəbər verir ki, bunu APA-ya, Şimali Kipr Türk Cümuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin Kommunikasiya üzrə rəhbəri Özdemir Tokel deyib.
O bildirib ki, hazırda sərnişinlər arasında Azərbaycan vətəndaşının olması ilə bağlı məlumat daxil olmayıb.
“İndiyə qədər sərnişinlər arasında Azərbaycan vətəndaşı qarşıma çıxmayıb. Amma bir insan həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdırsa və ölkəyə Türkiyə pasportu ilə daxil olubsa, onu biz görə bilmərik. Bu səbəbdən ikili vətəndaşlığı olan şəxslərlə bağlı məlumatların müəyyənləşdirilməsi əlavə yoxlama tələb edə bilər”, – Özdemir Tokel qeyd edib.
Qeyd edək ki, dünən Şimali Kipr sahillərində sərnişin gəmisi batıb. İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı isə davam etdirilir. Baş verən hadisə ilə bağlı 8 nəfər saxlanılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin