https://innews.media/uploads/news/2022-10/_innews_01d7e2c09b130c5a4bb8c54ad_o.jpg
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzində 6-14 yaş arası şəhid övladları üçün özəl təlimlər keçirilir.
Ümumilikdə 150-ə yaxın uşağın qoşulacağı təlimlər “Həndəsi cisimlər”, “Rəngləri öyrənirəm”, “Proqramlaşdırma” mövzularını əhatə edir. Təlimlərdən sonra uşaqlar üçün əyləncəli təcrübələr və kino saatı təşkil olunur.
Əsas məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmək imkanı yaratmaq, istirahət günlərinin səmərəli təşkilini təmin etmək və onlar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
6-14 yaş arası şəhid övladları üçün təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin