logo
AQUPDK və KOİCA sıx əməkdaşlığı çərçivəsində 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

AQUPDK və KOİCA sıx əməkdaşlığı çərçivəsində 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

AQUPDK və KOİCA sıx əməkdaşlığı çərçivəsində 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib AQUPDK və KOİCA sıx əməkdaşlığı çərçivəsində 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sıx əməkdaşlığı çərçivəsində gender stereotiplərinin aradan qaldırılması və gender bərabərliyinin təşviqi, ailə planlaşdırılması və cins seçiminin, xüsusilə də  uşaqların doğulanadək cins seçiminin qarşısının alınması  sahəsində  beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə mütəmadi olaraq təlim proqramları təşkil edilir. Bu əməkdaşlığın davamı olaraq 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş  Dövlət Komitəsi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin və KOİCA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə 11 oktyabr 2022-ci il tarixdə aidiyyəti dövlət qurumları və Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Cins nisbətinin pozulmasının qarşısının alınması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda  tədbir keçirilib.

Tədbirin açılışında Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini K.Əliyeva çıxış edərək, digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də uşaqların doğulanadək cins seçiminin aktual məsələlərdən biri olduğunu qeyd edib,  gender əsaslı cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının oğlan uşaqlarının sayının artmasına gətirib çıxartdığını, bu da gələcəkdə ölkənin demoqrafik və sosial iqtisadi inkişafına mənfi təsir edə biləcəyini vurğulayıb. K.Əliyeva belə halların qarşısının alınması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışaraq, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinə və KOİCA Azərbaycanlı Məzunlar Assosiasiyasına (KOAZ) əməkdaşlığa görə Komitə adından təşəkkürünü bildirib.

Sonra Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin Proqram koordinatoru  Pərvin Qarazadə   çıxışında dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının tədbirdə iştirakı aparılan işlərin səmərəliliyinin artırılması, aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili məqsədinə xidmət etdiyini vurğulayıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təlimlərin keçirilməsinə şərait yaradılmasına görə dərin minnətdarlığını bildirib, əməkdaşlığın davam etdirilməsinə ümid olduğunu  qeyd edib.
 
Daha sonra Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı R.Mahmudov “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması üzrə Koreya Respublikasının təcrübəsi” mövzusunda təqdimatla çıxış edərək, tədbir iştirakçılarına Koreyanın tibbi xidmətlər sahəsində qanunvericiliyində olan dəyişikliklərdən, bu istiqamətdə aparılan araşdırmaların və sosial dəstəyin nəticələrindən, selektiv abortların qarşısının alınması ilə bağlı əldə olunan müsbət nəticələr barədə ətraflı məlumat verib. 

Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı S.Rəhimova “Koreyada gender bərabərliyi siyasəti” mövzusunda təqdimatla çıxış edərək, Koreyada gender bərabərliyi siyasətini həyata keçirmək üçün yaradılmış institusional mexanizmlərdən bəhs edib.

Təqdimatlardan sonra müzakirələr aparılıb, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində təkliflər verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media