logo
Nurlan Şakiroğlu: "Davamlı insan inkişafının sağlamlıq göstəriciləri üzrə 5 ölkəni əhatə edən müqayisəli TƏHLİL" – CƏDVƏL

Nurlan Şakiroğlu: "Davamlı insan inkişafının sağlamlıq göstəriciləri üzrə 5 ölkəni əhatə edən müqayisəli TƏHLİL" – CƏDVƏL

Nurlan Şakiroğlu: "Davamlı insan inkişafının sağlamlıq göstəriciləri üzrə 5 ölkəni əhatə edən müqayisəli TƏHLİL" – CƏDVƏL Nurlan Şakiroğlu: "Davamlı insan inkişafının sağlamlıq göstəriciləri üzrə 5 ölkəni əhatə edən müqayisəli TƏHLİL" – CƏDVƏL

Davamlı insan inkişafının ən geniş tətbiq olunan göstəricisi İnsan İnkişafı Əmsalıdır (İİƏ). Bu əmsalın hesablanması zamanı 3 qrup göstəricidən istifadə olunur: sağlamlıq, təhsil və gəlir. Məhz bu göstəricilər əsasında BMT tərəfindən  dünyanın 191 ölkəsini özündə ehtiva edən  İİƏ üzrə xüsusi hesabat hazırlanır. Sözügedən hesabatda ölkələr üzrə insan inkişafının qiymətləndirilməsi əsasında hər bir ölkənin dünyada tutduğu yer də öz əksini tapır. Aparılan təhlil və müqayisələr ölkələrin insan inkişafı sahəsində əldə etdikləri nailiyyətləri görmək və gələcək inkişaf strategiyalarının müəyyən edilməsi baxımından xüsusi rol oynayır.

Bu gün mən sizlərə Azərbaycan, Türkiya, Rusiya, Almaniya və Ermənistanın timsalında İİƏ-nin sağlamlıq göstəricilərinin bəzi indiqatorlarını özündə ehtiva edən 2021-ci il üzrə nəticələri əks etdirən cədvəli təqdim edirəm:

Ölkənin adı Gözlənilən ömür müddəti Uşaq ölümü

(hər 1 000 nəfərə)

Doğuş zamanı ana ölümü

(hər 100 min nəfərə)

Səhiyyəyə ayrılan xərclər

(adambaşına,

ABŞ dolları ilə)

Siqaret çəkmə göstəricisi

(%-lə)

ÜDM adambaşına, (ABŞ dolları ilə) Dünya ölkələri arasında davamlı insan inkişafı göstəricilərinə görə tutduğu yer
1 Azərbaycan 69,4 19,1 26 193 24 14 257 91
2 Türkiyə 76 7,5 17 396 30,7 31 033 48
3 Rusiya 69,4 5 17 653 26,8 27 166 52
4 Almaniya 80,6 2,3 7 5 440 22 54 534 9
5 Ermənistan 72 9,6 26 524 25,5 13 158 85

Cədvəldən də göründüyü kimi ölkəmiz İİƏ-nin sağlamlıq göstəriciləri üzrə 191 ölkə arasında 91-ci, keçmiş SSRİ ölkələri (15 ölkə) arasında 11-ci, MDB ölkələri (12 ölkə) arasında isə 8-ci pillədə qərar tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media