https://innews.media/uploads/news/2023-06/_innews_88dac60bf29f06822b5ffe850_o.jpg
İyunun 22-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordu quruculuğunun banisi- Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Qazax Rayon filialı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qazax Rayon Şöbəsi, şəhid ataları, Qazax Dövlət Sosial- İqtisadi Kollecin tələbələri, gənclər və Mərkəzin əməkdaşları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən və inkişaf dövrlərindən bəhs edən filmin nümayişi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. Ceyhunə Hüseynova bildirib ki, Azərbaycan Respublikasının prezidenti seçildikdən dərhal sonra Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğu ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul edildi, silahlı qüvvələr tam dövlətin nəzarətinə keçirildi, Ümummilli liderimizə inam əsgər və zabitlərimizə fiziki, mənəvi güc verdi, ordumuz cəbhədə bir çox qələbələrə imza ataraq təşəbbüsü ələ aldı, ümumilkdə bütün bunlar Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. Bununla da düşmən artıq 1994- cü ildə ordumuzun cəbhə boyu irimiqyaslı əks hücum əməliyyatlarına tab gətirmədiyini gördü və qısa müddətdə atəşkəsə razılıq verməli oldu və beləliklə silahlı qüvvələrimizin inkişafı istiqamətində işlərə başlanıldı, bütün ordu növləri səmərəli şəkildə yenidən təşkil edildi, şəxsi heyətin sosial-məişət problemləri həll edildi, hərbi təhsil sistemi təkmilləşdirildi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm təxirəsalınmaz işlər görüldü. Tarixi varislik prinsipi ilə AXC dövründə milli ordunun yarandığı 26 iyun gününün Azərbaycan Silahlı Qüvvələr Günü kimi bayram edilməsi barədə fərman imzalandı. Ordunun müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması, maddi texniki təchizatının yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, hərbiçilərin əməkhaqlarının artırılması, hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların yenidən qurulması, fərqlənən hərbçilərin mükafatlandırılması, hərbi kontingentin ideoloji-mənəvi psixoloji vəziyyətin yüksəldilməsi Azərbaycanda ordu quruculuğu sahəsində hərbi diplomatiyanın uğurlarının nəticəsidir, bariz nümunəsidir. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Ən müasir silah-sursatla təchiz edilmiş öz gücünə arxalanan hərbi tələbatın mühüm hissəsini istehsal edən Azərbaycan ordusu hərbi texnika və döyüş hazırlığının ən yüksək səviyyəsi ilə yeni-yeni hərbi uğurlara imza atır, qüdrəti günü-gündən artır, ölkəmizin milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını, mühafizəsini təmin edir, sərhədlərimizi qoruyur, ərazi bütövlüyünü, torpaqlarımızı müdafiə edir. Bunların əsasında isə xalqla ordunun birliyi fonunda Ulu Öndər Heydər Əliyevin uğurlu ordu strategiyasının layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycanda bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən güclü, qüdrətli ordumuz var. Güclü ordusu olan dövlət güclüdür və bu gün tarixi qəhrəmanlıq səlnaməsi zəngin olan xalqımız zəngin irsinə yeni, şərəfli səhifə yazdı daha möhtəşəm qələbəsi ilə. Cəmi 44 günə 30 illik həsrətə son qoydu. Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə son qoydu. Şuşada və digər tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdı. Hər kəsə öz qürətini, iradəsini göstərdi.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Qazax Rayon filialının sədri Xasay Balayev çıxış edərək 90- cı illərdə ordu quruculuğundakı vəziyyətdən, özünün keçdiyi hərbi xidmət yolundan və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışdı, gələcəkdə çağırışçı olan gənclərə tövsiyələr etdi və bildirdi ki, bu gün Ulu öndər siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 59 ordusu sırasındadır. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Qazax Rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I dərəcəli Qarabağ Müharibəsi qazisi Namiq Alıyev çıxış etdi və 1994- cü ildə Atəşkəs elan edildikdən sonra şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti Kara Kuvvetleri Komutanlığı İstanbul- Tuzla Piyada Okulunda hərbi təhsil almaq üçün göndərilən 25 zabitdən ibarət heyətin tərkibində Ulu Öndərlə tarixi görüşündən, Türkiyədəki hərbi təhsilindən və Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək yaralanmasından danışdı və qeyd etdi ki, 1993- cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsi istiqamətində milli dövlət quruculuğu prosesinin o cümlədən ordu quruculuğunun başlanması mümkünləşdi, bütün sahələrdə o cümlədən ordu quruculuğu istiqamətində siyasət uğurları təmin etdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ömrünün 20 ilini hərbiyə həsr edən, İkinci Qarabağ müharibəsi qazisi, mayor Xəyyam Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971- ci ildə yaradılmış C.Naxçıvanski adına Hərbi liseydəki təhsil illərindən və Qarabağ müharibəsində özünün keçdiyi döyüş yolundan bəhs edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik olan ordumuz 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi və ən müasir silahlardan istifadə edərək yüksək döyüşkənlik ruhu ilə igidlik və şücaət göstərdi, Vətən müharibəsində şanlı qələbəni qazanaraq adını qızıl hərflərlə Azərbaycanın hərb tarixinə yazdırdı.
Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş şəhid, baş leytenant Xaliddin Nəsibovun atası keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi veteranı Vaqif Nəsibov çıxış edərək öz döyüş yolundan və oğlu şəhid Xaliddin Nəsibovun Vətən müharibəsindəki igidlik və şücaətindən danışaraq bildirdi ki, azadlıq, müstəqillik və qəhrəmanlıq simvoluna çevrilən şəhidərimizə və onların ailələrinə bu gün dövlət tərəfindən çox yüksək diqqət və qayğı göstərilir. Cənab Prezidentin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib ki, bu da qələbəmizin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Vətən müharibəsində qanı ilə tarix yazan, Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən hələ döyüşlər gedərkən sağlığında “Qüsursuz xidmətə görə” III dərəcəli medalla təltif olunmuş, ölümündən sonra isə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təlrif olunmuş şəhid gizir Sərxan Abdullayevin atası keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi veteranı Elxan Abdullayev çıxış edərək tədbir iştirakçlarını bayram münasibətilə təbrik etdi, özünün və oğlunun keçdiyi döyüş yolundan danışdı və bildirdi ki, əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, heç vaxt Qarabağı görməyən gənclər Ali Baş Komandanın əmri ilə Qarabağda şücaət göstərdilər, bütün bunların kökündə isə Vətənə məhəbbət dayanır. Vətənpərvərlik tərbiyəsi isə ailədə başlayır, bağçada, məktəbdə davam edir, cəmiyyətdə formalaşır.
Ən son xəbərləri səhifəmizdən də izləyin