https://innews.media/uploads/news/2022-03/_innews_5e0e845b9dabd6c8e863390ff_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin təcrübələrinin təşkili istiqamətində çoxşaxəli fəaliyyət icra olunur. Ümumtəhsil məktəbləri ilə yanaşı artıq Landau School, Hədəf liseyi, Azərbaycan-Britaniya məktəbi kimi özəl və beynəlxalq müəssisələrdə də tələbələrin pedaqoji təcrübə keçməsi və karyera imkanlarını artırmaları təmin olunur.
O cümlədən bu ildən etibarən alqoritmika təlimlərinə cəlb olunan 166 nəfər tələbənin təcrübəsi alqoritmika sinifləri olan məktəblərdə, 67 könüllü tələbənin təcrübəsi isə pedaqoji internatura əsasında ucqar rayonlarda təşkil olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin