logo
ADPU-da artan media dianmikası - 6 ayın nəticələri

ADPU-da artan media dianmikası - 6 ayın nəticələri

ADPU-da artan media dianmikası - 6 ayın nəticələri ADPU-da artan media dianmikası - 6 ayın nəticələri

2026-cı ilin ilk altı ayı ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) media və rəqəmsal kommunikasiya istiqamətində həyata keçirilən fəaliyyətlər uğurla davam etdirilib. İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən universitetin tədris, elm, beynəlxalq əməkdaşlıq və ictimai-sosial həyatında baş verən yeniliklər, layihələr və tədbirlər universitetin rəsmi internet saytı, sosial media hesabları və digər kommunikasiya kanalları vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılıb, ölkənin aparıcı informasiya agentlikləri, xəbər portalları və televiziya kanallarında geniş işıqlandırılıb. Eyni zamanda, media nümayəndələrinin sorğuları cavablandırılıb, universitet əməkdaşlarının elmi və ictimai fəaliyyəti ilə bağlı materialların nüfuzlu media orqanlarında yayımlanmasına dəstək göstərilib, müxtəlif mövzularda açıqlama və müsahibələr hazırlanıb.

Hesabat dövrü ərzində ADPU ilə bağlı 287 xəbər 2500-dən çox media mənbəsində dərc edilib. Hər bir xəbərin orta hesabla 8-dən çox müxtəlif media resursunda yayımlanması informasiya yayımının səmərəliliyinin qorunduğunu göstərir. İnformasiya yayımının optimallaşdırılması siyasəti nəticəsində fakültə və struktur bölmələrdən daxil olan lokal xarakterli xəbərlər aidiyyəti informasiya resurslarında paylaşılmış, universitet üçün xüsusi əhəmiyyət daşıyan xəbərlər isə rəsmi internet saytı ilə yanaşı aparıcı media qurumlarında da geniş işıqlandırılıb.

Şöbə tərəfindən universitetin rəsmi sosial media hesabları, elektron poçt ünvanı və digər kommunikasiya vasitələri üzərindən tələbə və vətəndaşlardan daxil olan 37 mindən çox müraciət cavablandırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 48 faiz artım deməkdir və universitetlə ictimaiyyət arasında operativ kommunikasiyanın daha da gücləndiyini göstərir.

Hesabat dövründə universitetin rəsmi sosial media hesablarının fəaliyyətində də yüksək artım dinamikası qeydə alınıb. Rəsmi feysbuk səhifəsində paylaşılan məlumatlar 3.7 milyon  baxış toplayıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur. İnformasiya yayımının operativliyinin artırılması məqsədilə fəaliyyət göstərən rəsmi WhatsApp kanalında yayımlanan məlumatlar ilk altı ay ərzində 40 min nəfərə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım deməkdir. Universitetin rəsmi teleqram kanalında paylaşılan məlumatlar isə 1,5 milyon nəfərə çataraq ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz artım nümayiş etdirib. Universitetin peşəkar əlaqələr platforması olan LinkedIn səhifəsinin izləyici sayı 9000 nəfəri ötərək artımını davam etdirib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə təxminən 16 faiz artım deməkdir və universitetin beynəlxalq akademik və peşəkar auditoriya ilə əlaqələrinin daha da genişləndiyini göstərir.

Cari ildə videoinformasiya yayımının genişləndirilməsi istiqamətində ADPU TV könüllü komandası tərəfindən universitetin əsas tədbirləri, layihələri və ictimai əhəmiyyətli fəaliyyətləri operativ şəkildə işıqlandırılıb, reportajlar, müsahibələr və müxtəlif formatlı videoməzmunlar hazırlanaraq universitetin rəsmi sosial media platformalarında yayımlanıb. Bu istiqamətdə aparılan fəaliyyətlərin nəticəsi olaraq universitetin rəsmi YouTube kanalının abunəçi sayı 6500-ü keçib. İlk altı ay ərzində kanalda yayımlanan videolar ümumilikdə 450 mindən çox baxış toplayıb, ümumi izlənmə müddəti isə 1800 saatdan artıq olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə videoların baxış sayında 30 faizə yaxın, abunəçilərin sayında isə 8 faizdən çox artım qeydə alınıb.

Universitetin rəsmi instaqram səhifəsi və ADPU TV-nin instaqram hesabında yayımlanan post və videolar ümumilikdə 11.8 milyon baxış toplayıb. Bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə təxminən 55 faiz artım deməkdir. Xüsusilə ADPU TV-nin instaqram hesabında yayımlanan videoların baxış sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfədən çox artaraq 2.5 milyona çatıb. Bu nəticələr videoməzmun istehsalının və rəqəmsal kommunikasiya strategiyasının uğurla inkişaf etdirildiyini göstərir.

Ümumilikdə, ADPU-nun rəsmi Facebook, Instagram, YouTube hesabları və ADPU TV platformalarında yayımlanan post və videolar hesabat dövründə 20 milyona yaxın baxış toplayıb. Əldə olunan nəticələr universitetin rəqəmsal kommunikasiya imkanlarının daha da genişləndiyini, sosial media platformalarında auditoriyanın davamlı artdığını və ADPU haqqında yayılan məlumatların daha geniş istifadəçi kütləsinə çatdırıldığını bir daha təsdiq edir.

Hesabat dövrü ərzində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən universitetin istedadlı tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri müsabiqəsinin II mövsümünün qalibləri üçün təşkil olunan 1 illik mentorluq proqramı da uğurla başa çatıb. ADPU-nun rəhbər heyətinin mentorluğu ilə həyata keçirilən proqram çərçivəsində qalib tələbələr idarəetmə, liderlik, strateji planlaşdırma, kommunikasiya və ali təhsil sahəsində praktiki bilik və bacarıqlar əldə edib, universitetin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media