https://innews.media/uploads/news/2026-08/_innews_38a1c2b5b175538086dc95d47_o.jpg
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını “Mançester Siti”də davam etdirə bilər.
"Şəhərlilər" 22 yaşlı futbolçunun transferində maraqlıdır. Məlumata əsasən, klub Skottun mümkün transferi ilə bağlı “Bornmut”la danışıqlara başlayıb.
“Bornmut” ingiltərəli yarımmüdafiəçini 2023-cü ildə “Bristol Siti”dən 23 milyon avroya transfer edib. “Transfermarkt”-ə görə onun dəyəri 50 milyon avro təşkil edir.
Skott ötən mövsüm bütün turnirlərdə 39 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Ən son xəbərləri səhifəmizdən də izləyin