logo
"Ən gözəl qadından boşanmışam"

"Ən gözəl qadından boşanmışam"

"Ən gözəl qadından boşanmışam" "Ən gözəl qadından boşanmışam"

"Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiola futbolçularına şəxsi həyatındakı ağır dönəmdən danışıb.

Bu məqam “Prime Video”da yayımlanan “A Beautiful Obsession” sənədli filmində əksini tapıb. Qvardiola 2024-cü ilin dekabrında UEFA Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağında komandasına boşandığını açıqlayıb.

İspaniyalı mütəxəssis həyat yoldaşı Kristina Serra ilə münasibətlərinin bitməsinə baxmayaraq, ona olan sevgisinin davam etdiyini bildirib. O, ayrılığın əsas səbəbi kimi münasibətlərdə ehtirasın itirilməsini göstərib.

“Uşaqlar, sizə bir etiraf etmək istəyirəm. Mən planetdəki ən gözəl qadından boşanmışam. Bu, mənim keçmiş həyat yoldaşımdır. Mən onu dəlicəsinə sevirəm, amma aramızdakı ehtirası itirmişik. Mən onu sevirəm? Bəli, əlbəttə. O məni sevir? Bəli. Amma ehtirası itirmişik”.

Qvardiola şəxsi həyatındakı bu nümunəni futbolçulara motivasiya vermək üçün istifadə edib və onlardan meydanda daha böyük istək nümayiş etdirmələrini istəyib:

“Futbolu necə oynayırsınız? Sadəcə oynadığınız üçün, yoxsa daxilinizdə nəsə olduğu üçün? Ehtiras nədir? Həyatda nə ilə məşğul olursunuzsa olun, bunu ehtirasla edin. Mənə yaxşı oyunçular lazım deyil, mənə ehtiraslı oyunçular lazımdır”.

Qvardiola ilə Serra 30 ildən artıq münasibətdə olub və 2014-cü ildə evləniblər. Onların üç övladı var. Cütlüyün ayrılığı 2025-ci ilin əvvəlində ictimaiyyətə məlum olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media