https://innews.media/uploads/news/2026-08/_innews_c1708753ee1463f21b598c47d_o.jpg
“Vest Hem” və Konqo Demokratik Respublikasının millisinin müdafiəçisi Aaron Van-Bissaka “Aston Villa”nın düşərgəsinə gəlib.
28 yaşlı futbolçu Birmingem təmsilçisində tibbi müayinədən keçəcək. Tərəflər arasında razılaşmaya əsasən, Van-Bissaka “Aston Villa”da icarə əsasında çıxış edəcək.
Tərəflər sözləşməni ötən gün razılaşdırıblar. Bundan əlavə, “Aston Villa”nın Yaponiya millisinin və "Parma"nın qapıçısı Sion Suzuki ilə "Atletiko"da çıxış edən italiyalı müdafiəçi Matteo Rocerinin transferlərini də yaxın zamanda rəsmən açıqlayacağı gözlənilir.
Van-Bissaka 2024-cü ildən “Vest Hem”də çıxış edir. O, London klubuna “Mançester Yunayted”dən 17,6 milyon avro qarşılığında keçib. Müdafiəçi “Vest Hem”in heyətində 65 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
2026-cı il dünya çempionatının iştirakçısı olan konqolu futbolçunun “Vest Hem”lə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək qüvvədədir. Onun hazırkı bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
Van-Bissaka DÇ-2026-da Konqo Demokratik Respublikasının heyətində 4 oyunda meydana çıxıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin