logo
İtaliyanın daha bir klubu İkardi ilə maraqlanır

İtaliyanın daha bir klubu İkardi ilə maraqlanır

İtaliyanın daha bir klubu İkardi ilə maraqlanır İtaliyanın daha bir klubu İkardi ilə maraqlanır

"Qalatasaray"ın sabiq hücumçusu Mauro İkardinin “Latsio”ya keçidi ilə bağlı ehtimallar azalsa da, onun İtaliyaya qayıtması hələ də real görünür.

32 yaşlı futbolçu ilə İtaliyanın başqa bir klubu – “Fiorentina” da maraqlanır. Florensiya təmsilçisi Moyze Kinin komandadan ayrılması ehtimalı səbəbindən onun yerinə hücumçu axtarır.

“Fiorentina”nın mümkün namizədlərindən biri də İtaliya çempionatında daha əvvəl uğurlu çıxış etmiş İkardidir. Argentinalı futbolçu vaxtilə “İnter”in formasını geyinib və A Seriyasında özünü ən yaxşı hücumçulardan biri kimi göstərib.

İkardinin mümkün transferi ilə bağlı yeni məlumatların yaxın günlərdə ortaya çıxacağı gözlənilir.

İtaliya çempionatında yeni mövsüm bu həftənin sonunda başlayacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media