logo
2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır

2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır

2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır 2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır

2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub. Yeni imkan məzunların təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada çıxışını təmin edir.

Hazırda xidmət yalnız my.gov.az portalında⁠  aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin “mygov” mobil tətbiqində də əlçatan olması nəzərdə tutulur. Məzunlar elektron sənədlərinə my.gov.az portalında “Təhsil” bölməsinə daxil olaraq “Elektron təhsil sənədlərim” xidmətindən yararlana bilərlər. Bölməyə keçid etdikdə vətəndaşın adına mövcud olan elektron təhsil sənədləri siyahı şəklində əks olunur və müvafiq sənədi seçməklə rəqəmsal versiyasına baxmaq mümkündür.

Rəqəmsal təhsil sənədlərinin həqiqiliyini yoxlamaq üçün sənəd üzərində yerləşdirilmiş QR kodu kamera ilə oxutmaq və ya edu.gov.az-ın “Sənəd Yoxlama” səhifəsinə⁠ daxil olaraq sənədin nömrəsi və doğum tarixini daxil etmək mümkündür.

Qeyd edək ki, bu günədək vətəndaşlara aid diplom və bir sıra digər təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub. Əvvəlki illərin məzunları da öz diplomlarına platforma vasitəsilə baxa bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media