https://innews.media/uploads/news/2026-09/_innews_87439f545dbe4ba3fccbc09c7_o.jpg
Müğənni Mərdan Kazımov Bakıda keçirilən məşhur musiqi festivalı çərçivəsində səhnə alıb.
Yay boyu davam edən musiqi festivalı ötən gün başa çatıb. Festivalın son günündə səhnəyə ilk çıxan Mərdan Kazımov minlərlə tamaşaçıya unudulmaz və coşqulu anlar yaşadıb.
Sənətçinin ifası zamanı tamaşaçılar da ona qoşularaq Mərdan Kazımovun repertuarında yer alan mahnıları bir ağızdan səsləndiriblər. Səhnə qarşısında yaranan izdiham və yüksək əhval-ruhiyyə festivalın finalına xüsusi rəng qatıb.
Mərdan Kazımovun çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin