logo
ADPU-nun Şamaxı filialında mentor hazırlığı təlimi keçirilib

ADPU-nun Şamaxı filialında mentor hazırlığı təlimi keçirilib

ADPU-nun Şamaxı filialında mentor hazırlığı təlimi keçirilib ADPU-nun Şamaxı filialında mentor hazırlığı təlimi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi”  layihəsi çərçivəsində “Tədqiqata əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” mövzusunda  təlim keçirilib. 

Təlimdə pedaqoji fakültə üzrə kadr hazırlığı aparılan ixtisaslarda tədris aparan 10  müəllim-mentor iştirak edib.

Müəllimlərə mentor dəstəyinin göstərilməsi üçün  metodologiyanın mənimsənilməsini hədəfləyən təlimdə müəllim-mentorların fəaliyyətinin gələcək tədris prosesində müasir təlim üsulları ilə düşünmə bacarıqlarının təkmilləşdirilməsi, tətbiqetmə bacarıqlarının artırılmasına yeni imkanların açılması nəzərdə tutulur. 

ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzovanın təqdimatında keçirilən təlimdə tədqiqata əsaslanan dərsin hazırlanmasında mentorluq fəaliyyətinin yeri şərh edilib, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu əsaslandırılıb, formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, məqsədləri, aparılma qaydaları izah edilib. 

Təlimdə praktik olaraq tədqiqat tapşırıqları hazırlanıb, təqdimatlar edilib, müzakirələr aparılıb, nəticələr təhlil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media