logo
AMEA-da süni intellekt alətləri ilə: Dahi Memar Əcəmi rəqəmsal dünyada canlandı

AMEA-da süni intellekt alətləri ilə: Dahi Memar Əcəmi rəqəmsal dünyada canlandı

AMEA-da süni intellekt alətləri ilə: Dahi Memar Əcəmi rəqəmsal dünyada canlandı AMEA-da süni intellekt alətləri ilə: Dahi Memar Əcəmi rəqəmsal dünyada canlandı

AMEA Gəncə Bölməsinin rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Fərhad Mirzəyev tərəfindən süni intellekt texnologiyalarından istifadə edilərək unikal rəqəmsal layihə ərsəyə gətirilib.

Azərbaycanın zəngin mədəni irsinin rəqəmsallaşdırılması və gənc nəslə innovativ üsullarla çatdırılması istiqamətində mühüm addım atılıb. Şərq memarlıq məktəbinin banisi, dahi sənətkar Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani süni intellekt vasitəsilə vizuallaşdırılaraq yenidən canlandırılıb.

Videoçarxda dahi memarın obrazı, onun səs tonu və hərəkətləri müasir texnologiyaların köməyi ilə yüksək dəqiqliklə bərpa olunub. Süni intellekt tərəfindən səsləndirilən mətndə Memar Əcəminin dilindən onun ömür yolu, sənət fəlsəfəsi, həmçinin xalqımıza bəxş etdiyi Möminə Xatun və Yusif ibn Küseyr türbələri kimi ölməz abidələrin yaranma tarixi nəql olunur. Videoda sənətkarın "Biz gedərik, dünya qalar; biz ölərik, bu əsər xatirə qalar" fikri fəlsəfi bir dillə tamaşaçıya çatdırılır.

Layihənin müəllifi Fərhad Mirzəyev bildirib ki, bu cür rəqəmsal layihələrin məqsədi tariximizi müasir texnologiyaların dili ilə gənclərə sevdirmək və Azərbaycan elminin rəqəmsal potensialını nümayiş etdirməkdir. Süni intellektin imkanlarından istifadə etməklə tarihi şəxsiyyətlərin bu formatda təqdimatı həm təhsil, həm də mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, layihə AMEA Gəncə Bölməsində rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin tətbiqi sahəsində görülən məqsədyönlü işlərin davamıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media