https://innews.media/uploads/news/2026-06/_innews_3d75603d575281f4d560b265a_o.jpg
Bakı Dövlət Universitetində (BDU) çöl-tədris təcrübələri başlayıb.
Belə ki, BDU-nun bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq iyunun 3-dən Quba rayonunda çöl-tədris təcrübəsi keçir. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaqlar.
Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə iyun ayının 3-dən Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırım Memorial Kompleksində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.
Ən son xəbərləri səhifəmizdən də izləyin