logo
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib

Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib

Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib

Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə Bakı Dövlət Universitetində (BDU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və BDU-nun rektoru Elçin Babayev arasında görüş keçirilib.

Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media