logo
BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı keçirilib

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı keçirilib

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı keçirilib BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbələri “Xalq qəzeti”ndə “Tələbə tribunası” səhifəsini hazırlayıblar. Layihə Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının “Media iqtisadiyyatı” seçmə fənni çərçivəsində müəllim Kənan Novruzovun rəhbərliyi ilə həyata keçirilib. Tələbələr iqtisadi mövzuda müxtəlif materiallar hazırlayıblar.

Layihənin təqdimat mərasimində çıxış edən Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova bu cür praktik fəaliyyətlərin tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, media sahəsində peşəkar jurnalist kimi formalaşmaq üçün tələbələrin real media mühitində fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır.

Kafedranın dosenti Zaur Babayev isə vurğulayıb ki, tədris ilinin sonuna yaxın belə uğurlu layihələrin təqdim olunması tələbələrin semestr ərzində qazandıqları bilik və bacarıqların konkret nəticəsidir. O, tələbələrin media və iqtisadiyyat mövzularını peşəkar yanaşma ilə təqdim etmələrinin sevindirici hal olduğunu qeyd edib.

Layihə rəhbəri Kənan Novruzov tələbələrin təşəbbüskarlığını və fəallığını yüksək qiymətləndirərək onların qısa müddətdə maraqlı və aktual materiallar hazırladıqlarını bildirib. O, layihəyə göstərilən dəstəyə görə kafedra rəhbərliyinə təşəkkür edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda tələbələr iqtisadi mövzuda hazırladıqları materiallar ətrafında müzakirələr apararaq bu təcrübənin onlar üçün həm peşəkar, həm də yaradıcı baxımdan faydalı olduğunu bildiriblər. Onlar gələcəkdə də bu cür layihələrin davam etdirilməsini arzuladıqlarını qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl də tələbələrin yaradıcılıq nümunələri “Bütöv Azərbaycan” qəzetində dərc olunub. Fakültədə bu tip praktik fəaliyyətlər artıq ənənə halını alıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media