logo
“İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingiliscə nəşri Bakıda təqdim olundu

“İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingiliscə nəşri Bakıda təqdim olundu

“İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingiliscə nəşri Bakıda təqdim olundu “İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingiliscə nəşri Bakıda təqdim olundu

Bakı Kitab Mərkəzində “İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunan yeni nəşrinin təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə kitab haqqında videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Mərkəzin rəhbəri Günel Anarqızı kitabın əhəmiyyətini yüksək qiymətləndirib.

“Bu nəşr nəfis tərtibatlıdır və böyük mədəni əhəmiyyət daşıyır. İngilis dilində çap olunması Azərbaycan mətbəxinin dünyada təbliği baxımından çox önəmlidir”,- deyə qeyd etdi
Kitabın müəllifi Tahir Əmiraslanov kitab haqqında ümumi və geniş məlumat verdi .

Məlumatda deyilirdi:

Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti (AMKA) Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabı 2020-ci ildə Azərbaycan dilində çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb. Azərbaycan Republikası Prezidentinin 2011-ci ildə AMEA-dakı proqram çıxışında “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki, milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Çünki bu erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq” ifadəsinə əsaslanıb. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. İrəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb.

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti  Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nin üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Kitab çapa AMKA-nin Elmi Şurası tərəfindən məsləhət görülüb.

Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.

Giriş sözünü filologiya üzrə fəlsəfə doktoru , layihə rəhbəri Qivami Rəhimli yazıb.

2021-ci ildə  Tahir Əmiraslanovun  4 kulinariya kitabıyla bərabər  bu kitab da İsveçrədə Alfred Nobel mükafatı ev muzeyinə yerləşdirilib.

Tahir Əmiraslanovun cəhdləri nəticəsondə 2021-ci ildə  bu kitab Parisdə “Dünya Kulinariya kitabları mükafatı” təşkilatı tərəfindən “Dünyanın ən yaxşı region mətbəxi mükafatına” layiq görülüb.

Kitabın  Parisdə mukafat alması üçün göndərilən komandanın  ezamiyyə xərclərini qarşıladığına və verdiyi dəstəyə görə Diaspora ilə iş üzrə Dövlət Komitəsinə bir daha minnətdarlığımızı ifadə edirik

2024-cü ildə kitab “Dünya İslam Kulinariya Birliyi”nin öz ölkəsindən qaçqın düşmüş “müsəlman toplumunun mətbəx mədəniyyətinin assimilyasiyadan qoruduğuna görə” və TURKSOY-un  “Qərbi Azərbaycan Türklərinin milli mətbəx mədəni irsinin toplanması, restavrasiya edilməsi, qorunması və assimilyasiyasının qarşısının alınmasına görə” mükafatına layiq görülüb.

Kitabın 2025-ci ildə yenidən İngiliscə nəşrində bütün bu sənədlər və müvafiq fotolar öz əksini tapmışdır.

Kitabın İngiliscə nəşri, bu nəşrin əsas səbəbkarı, təşkilatçısı, təşəbbüskarı  Azərbaycalı iş adamı , tarixçi Rəşid müəllim Hüseynovun ön sözü ilə başlayır. Rəşid müəllim kitabla 2021-ci ildə tanış olduqdan sonra 4  il ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışmış , tərcümə və cap xərclərini tam qarşılamışdır
Yeni  İngiliscə nəşr və giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani vermişdir.

Kitabı İngilis dilinə tərcümə edən BDU-nun xarici dillər kafedrasının müdiri filologiya elmləri üzrə fəlsəfə doktoru Beylər Hacıyevdir.

İngilis dili nəşrini  də TEAS nəşriyyatı həyata keçirib.

Kitabın hazırlanmasına təşkilatı-texniki dəstək “YABAN pub və restoran “şəbəkəsi və “Xanədan” etno-testoranı tərəfindən verilib.

Hazırda bu komanda kitabın rus dili nəşri üzərində işləyir.

Bildiyiniz kimi “Erməni mətbəxi” mifologiyası məhz Azərbaycan Türklərinin xüsusilə də Qarabağ və Qərbi Azərbaycanlıların mətbəx mədəniyyətini mənimsəməklə yaradılıb.

Ermənilər təkcə bizim torpaqlarımızı, maddi mədəni abidələrimizi deyil, həm də qeyri-maddi mədəni irsimizi, o cümlədən milli mətbəx abidələrimizi, irsimizi talan edib, dağıdıb və mənimsəyiblər.

Bu və digər kitablarımız bu mətbəx abidələrinin bərpasına, öz qanunu sahiblərinə qaytarılmasına xidmət edir.

Anastas Mikoyanın dəstəyi ilə yaradılmış və tərəfimizdən dağıdılmış “Erməni mətbəxi” mifologiyası, yenidən reanimasiya edilir.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən qeyri-maddi mədəni irsə dair xüsusi internet səhifəsi (https://int-heritage.am) yaradıb və burada erməni və yezidi yeməklərinin reyestri təqdim olunub. 2022-ci ilin dekabrından başlayan bu proses çərçivəsində 250 yemək qeydə alınıb. Bu işdə ölkənin 10 bölgəsindən 160 iştirakçı yer alıb, o cümlədən 50 icma, 40 yaşayış məntəqəsi və müxtəlif dövlət, qeyri-hökumət və özəl qurumlar iştirak edib.

2024-cü il oktyabrın 31-də Baş nazir Nikol Paşinyan hökumətin iclasında ənənəvi kulinariya reseptlərinin qeyri-maddi irs kimi sənədləşdirilməsi və qorunması layihəsinin başladığını elan edib. O vurğulayıb ki, düzgün sənədləşdirilməyən mədəni dəyərlər zamanla yox ola bilər. Hökumət milli mətbəxin qorunmasını Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının bir hissəsi kimi müəyyən edib və bu çərçivədə qrant və müsabiqə proqramlarını işə salıb. Layihə təkcə arxivləşdirmə ilə məhdudlaşmır, həm də ənənəvi yeməklərin restoran və kafelərin menyusuna daxil edilməsini, qastronomik turizmin inkişafını hədəfləyir. Bundan əlavə, resept kataloqları çap ediləcək və yeməklərin hazırlanması prosesini əks etdirən internet resursları genişləndiriləcək.

Ermənistanın mətbəx inventarlaşdırmasının məqsədi icmalarda mövcud olan milli yeməkləri toplayıb qorumaq, gələcək nəsillərə ötürmək və qastroturizmi inkişaf etdirməkdir. Lakin Azərbaycan Milli Kulinariya Assosiasiyası bildirir ki, reyestrə daxil edilən yeməklərin əksəriyyəti erməni mətbəxinə aid deyil və bu proses milli mətbəxin mənimsənilməsi məqsədini güdür.

31 oktyabr 2024-cü ildə Nikol Paşinyan milli mətbəxi Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının tərkib hissəsi elan edərək dövlət maliyyələşməsinə keçirdi. Bununla Ermənistan, Azərbaycan mətbəxinə aid yeməkləri və tarixi toponimləri öz adına çıxarmaq məqsədi güdür. Prezident İlham Əliyev hələ 2011-ci ildə AMEA-da çıxışı zamanı bu təhlükəyə diqqət çəkmişdi.

Bu baxımdan  əlimizdəki “İrəvan xanlığı bölgə mətbəxi” kitabı, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə hazırladığımız  “Qarabağ mətbəxinin inciləri”, “Qərbi Azərbaycanın Şirin İnciləri” və  “XIX əsr İrəvan mətbəxi” kitablarımız Ermənistanın bizim Milli mətbəximizin mənimsənilməsinin qarşısının alınmasında öz əhəmiyyətli rolunu oynayacaq.

Yenilməz Sərkərdərimiz İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycana öz dədə-baba torpaqlarına qayıdan əhalimizlə bərabər o torpaqlara, həm də assimilyasiyadan qorunmuş mətbəx mədəniyyətimizin də qayıdacağına əminliymizi ifadə edirik.

Sonra kitabın digər müəllifi  Oruc Əliyev, layihə rəhbəri Qivami Rəhimli , kitabı ingilis dilinə çevirən  Bəylər Hacıyev  və kiabın ingiçiscəyə çevrilib çap edilməsini öz üzərinə götürmüş iş adamı Rəşid Hüseyinov çıxış etdilər.

Kitabı ərsəyə gətirən komandadan sonra çıxış edən yazıçı Çingiz Abdullayev, MM-in üzvləri : Hicran xanım Hüseyinova , Fazil Mustafa ,  Vəhdət Partiyasının Sədri , yazıçı Adəm  Bakuvi, tibb elmləri doktoru Məhbubə xanım Vəliyeva ,   texnika elmlər doktoru Mikayıl Məhərrəmov ,  xanım İndira Şəmsivari öz çıxışlarında  kitabın elmi , texnoloji, tarixi , etnoqrafiq, tibbi , filoloji , siyasi , mədəni mahiyyətini , Ölkə Prezidenti İlham Əliyevin qoyduğu istiqamətə xidmət etdiyini söylədilər bu İstiqamətə daimi diqqətinə görə Heydər Əliyev Fondunun Sədri Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını ifadə etdilər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin