https://innews.media/uploads/news/2025-11/_innews_504d2f26350c6c9327f15cf83_o.jpg
Müğənni Zeynəb Əsmərli sənətə uzun fasilədən sonra iddialı dönüş etməyə hazırlaşır.
"innews media" xəbər verir ki, İifaçı bu barədə açıqlamasında bildirib ki, hazırda yeni layihə üzərində çalışır və tamaşaçıları bir çox sürprizlər gözləyir.
Onun sözlərinə görə, “Get mənim başım balalım” adlı yeni bəstə yaxın zamanda təqdim olunacaq və dinləyicilərin zövqünə uyğun olacaq.
Zeynəb həm də bildirib ki, bu dönüş yalnız bir mahnı ilə məhdudlaşmayacaq. O, bir neçə tanınmış müğənni ilə duet layihələrinin də hazırlandığını qeyd edib, amma adları açıqlamayıb:
“Bu sürpriz qalsın”, – deyə əlavə edib.
Müğənni şou-biznesdə özünə rəqib görmədiyini və özünün universal sənətçi olduğunu da vurğulayıb.
Qeyd edək ki, Zeynəb Əsmərli əvvəllər “Yeni ulduz” və “Qrup N1” layihələrinin iştirakçısı olub. Eyni zamanda o, “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomları ilə təltif edilib. Bu təcrübə və uğurları onun sənətə yenidən dönüşündə mühüm rol oynayır.