https://innews.media/uploads/news/2025-11/_innews_b5475f1d0f7be121e2c7c480e_o.jpg
Dövlət başçısı bu məsələlərdə həssas, prinsipial, qətiyyətli mövqe ortaya qoyur. Elə bunun nəticəsi idi ki, prezident yeni icra başçıları ilə görüşündə çox ciddi tapşırıqlar verdi və xəbərdarlıqlar etdi.
Vəzifə çox ciddi etimaddır. Növbəti dəfə biz prezidentin bir sıra başçılara yüksək etimad göstərdiyinin şahidi olduq. İcra başçıları da çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar. Onlar yerlərdə prezidentin nümayəndələridirlər, onun tapşırıqlarını diqqətlə yerinə yetirməlidirlər.
Bəzi icra başçılarının yerləri dəyişdirildi və digər yerlərə icra başçısı kimi təyin edildilər. Bu onu göstərir ki, dövlət başçısının bu mövzuda həssas yanaşması var. Elə buna görə də icra başçıları onun xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Əgər onlar işlərini düzgün qörsalar, vəzifələrini düzgün yerinə yetirsələr, təbii ki, onlara ölkə rəhbərinin etimadı davam edəcək. Əgər onlar etimadı doğrultmasalar, prezidentin çox ciddi xəbərdarlığı və cəzası ilə üz-üzə qalacaqlar.
Son günlər bir sıra icra başçısı vəzifəsindən çıxarılıb. Bu, prezidentin kadr siyasətinə nə dərəcədə önəm verdiyini göstərir. Vəzifəyə təyin olunan icra başçıları bu məqamı əsla unutmamalıdırlar. Onlardan çox ciddi gözləntilər var.
Milli Məclisin deputatı Ceyhun Məmmədov