https://innews.media/uploads/news/2025-11/_innews_ff58f9219609b71ccfa9ab9b7_o.jpg
Avropa İttifaqı (Aİ) 2026-cı ildən etibarən kiçik poçt bağlamalarının gömrüksüz idxalını ləğv etməyi planlaşdırır.
“PostMedia” xəbər verir ki, bu barədə məlumatı Aİ Şurası yayıb və bildirilib ki, bir sıra üzv ölkələrin maliyyə nazirlərinin çoxluğu təklifin lehinə səs verib.
Yeni qaydalar qəbul olunacağı təqdirdə, ilk növbədə “Shein”, “Temu” və “AliExpress” kimi Çin mənşəli onlayn satış platformalarının Avropadakı fəaliyyətinə ciddi təsir edəcək.
Əvvəlcə Avropa Komissiyası dəyişikliklərin 2028-ci ildə qüvvəyə minməsini təklif etsə də, siyasətçilər prosesi sürətləndirmək və 2026-cı ildən tətbiq etmək istəyirlər.
Təklifə əsasən, Aİ-yə poçtla göndərilən və dəyəri 1 avrodan yüksək olan bütün məhsullara gömrük rüsumu tətbiq olunacaq. Hazırda Aİ-yə 150 avrodan ucuz malların gömrüksüz idxalına imkan verilir ki, bu da istehlakçı təşkilatları tərəfindən uzun müddətdir tənqid olunur.
Aİ-nin hesablamalarına görə, kiçik bağlamaların təxminən 65%-i sənədlərdə bilərəkdən ucuzlaşdırılır və beləliklə vergidən yayınma baş verir.
Eyni zamanda, onlayn satıcılar malları daha kiçik bağlamalara bölərək göndərirlər ki, bu da həm gömrükdən yayınmağa, həm də əlavə logistika səbəbindən ətraf mühitə zərərin artmasına gətirib çıxarır.
Aİ məlumatına görə, 2024-cü ilə qədər 150 avrodan ucuz bağlamaların 91%-i Çindən göndərilib və yeni qaydalar əsasən məhz bu axını hədəfləyir.