https://innews.media/uploads/news/2026-08/_innews_9ebd1ab745d402ddb994f4d37_o.jpg
Böyük Britaniya Azərbaycanla iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyir.
"innews media" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, iqtisadi artım Böyük Britaniya hökumətinin prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan ölkəsi üçün mühüm iqtisadi tərəfdaşdır.
D.Norman ticarət, investisiya və regional bağlantıların inkişafının iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan yaradacağını vurğulayıb:
“Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək.”
Ən son xəbərləri səhifəmizdən də izləyin