logo
Britaniya səfiri Gəncədə Azərbaycan dilini öyrənib

Britaniya səfiri Gəncədə Azərbaycan dilini öyrənib

Britaniya səfiri Gəncədə Azərbaycan dilini öyrənib Britaniya səfiri Gəncədə Azərbaycan dilini öyrənib

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman ölkəyə ilk səfərindən və Azərbaycan dilini öyrənmə təcrübəsindən danışıb.

"innews media" xəbər verir ki, D.Norman Bakıda keçirdiyi mətbuat konfransında 1999-cu ildə ilk dəfə Azərbaycana gəldiyini bildirib.

Səfir qeyd edib ki, 2025-ci ilin əvvəllərində Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin yanında qalıb. O, həmin ailənin qonaqpərvərliyinin Azərbaycanı daha yaxından tanımasına imkan yaratdığını deyib:

“Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti, mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyim qədər çox şey öyrətdi.”

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media