logo
Gümüş medal qazanan qadın voleybol millimiz Vətənə döndü

Gümüş medal qazanan qadın voleybol millimiz Vətənə döndü

Gümüş medal qazanan qadın voleybol millimiz Vətənə döndü Gümüş medal qazanan qadın voleybol millimiz Vətənə döndü

VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan qadın voleybolçulardan ibarət millimiz bu gün vətənə dönüb. Komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Voleybol Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri qarşılayıblar.

Qarşılanma mərasimində voleybolçularımız və məşqçilər müsahibələr veriblər, jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, millimiz VI İslam Həmrəyliyi Oyunlarında ilkin mərhələdə İran, Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşıb. Üç qələbə qazanan təmsilçimiz finala yüksəlib. Bu oyun isə rəqib Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb və Faiq Qarayevin yetirmələri yarışı gümüş medalla başa vurublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin