logo
Gənc artist NURAN 2000-lərin hitini yenidən canlandırdı - VİDEO

Gənc artist NURAN 2000-lərin hitini yenidən canlandırdı - VİDEO

Gənc artist NURAN 2000-lərin hitini yenidən canlandırdı - VİDEO Gənc artist NURAN 2000-lərin hitini yenidən canlandırdı - VİDEO

Azərbaycanda yeni tərz yaradan gənc artist NURAN növbəti layihəsini təqdim edib.

İfaçı bu dəfə də dinləyicilərinə nostalji hisslər yaşatmaq qərarına gəlib. Belə ki, o, 2000-lərin hitlərindən olan “Yandırdı məni” (O qara gözlərin) mahnısına yeni nəfəs verib.

Elvin Elxanın direktorluğu ilə həyata keçirilən layihəni ERESMOON (Röyal Səfərov) ekranlaşdırıb.

Mahnının müəllifi Fizuli Səlimovdur.

Ekran işi Yaşıl Bazarda lentə alınıb və NURAN klipdə üç fərqli obrazda kamera qarşısına keçib.

Müğənninin vokal hazırlığına sənətçi Elçin Cəfərov rəhbərlik edib. Mahnının yeni tərzdə aranjimanı isə Dahinə (Nihad Məlikov) həvalə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin