https://innews.media/uploads/news/2025-11/_innews_da324c3b99c803fd527d34012_o.jpg
Bu gün Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Görüş zamanı vətəndaşların sosial məsələlər, mənzil problemləri və gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər ətrafında geniş müzakirələr aparılıb. Deputat hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələləri operativ şəkildə aidiyyəti dövlət qurumlarının nəzarətinə çatdırmaq üçün müvafiq tapşırıqlar verib.
Elnarə Akimova bildirib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların qayğı və ehtiyaclarına həssas yanaşma göstərilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. O, qaldırılan problemlərin həlli istiqamətində mümkün addımların atılacağını vurğulayıb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.