logo
Yeni Azərbaycan Partiyasının üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialı ilə tanış olublar

Yeni Azərbaycan Partiyasının üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialı ilə tanış olublar

Yeni Azərbaycan Partiyasının üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialı ilə tanış olublar Yeni Azərbaycan Partiyasının üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialı ilə tanış olublar

Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya üzvlərinin iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı "DOST Evi" filialına infotur təşkil olunub.

Qonaqlar filialda həssas qruplardan olan şəxslərin istedadlarının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi üçün yaradılan şəraitlə tanış olublar.

İnfotur iştirakçıları arasında şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də yer alıb. Qonaqlara filiala qəbul qaydaları, xidmət göstərilən kateqoriyalar və həmin kateqoriyalara aid şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər barədə məlumat verilib.

İnfotur iştirakçıları Sərgi və Satış Mərkəzində, yaradıcılıq emalatxanalarında nümayiş olunan əl işlərinə baxıb, təlim prosesini izləyiblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media