logo
Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar

Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar

Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar

Neft və Qaz İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi davam edir.

Yay məktəbi iştirakçıları “AT-Geotech” MMC-nin əməkdaşları və UFAZ-ın müəllim və tələbələri ilə birgə 3-5 sentyabr 2022-ci il tarixlərində Lökbatan palçıq vulkanında geofiziki tədqiqatlar aparıblar. Bundan başqa, iştirakçılar Bozdağ-Güzdək, Dəvəboynu palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar həyata keçiriblər.

Qeyd edək ki, beynəlxlaq yay məktəbi 8 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Yay məktəbi Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında 2018-ci ildə imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media