logo
"YAŞAT" düşərgəsinin iştirakçıları "Sehirli xalat" vasitəsi ilə keçmişə "səyahət" etdilər

"YAŞAT" düşərgəsinin iştirakçıları "Sehirli xalat" vasitəsi ilə keçmişə "səyahət" etdilər

"YAŞAT" düşərgəsinin iştirakçıları "Sehirli xalat" vasitəsi ilə keçmişə "səyahət" etdilər "YAŞAT" düşərgəsinin iştirakçıları "Sehirli xalat" vasitəsi ilə keçmişə "səyahət" etdilər

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 5-ci həftəsi davam edir.

Düşərgənin 3-cü gününə səhər idmanı ilə start verilib. Sonra psixoloqlarla görüş baş
tutub.

Uşaqlar üçün təşkil olunan film saatında maraqlı anlar yaşanıb. Belə ki, onlarla görüşə  Əməkdar mədəniyyət işçisi, "Sehirli xalat" filmində Eldar rolunun ifaçısı Yusif Şeyxov və Azərbaycan Dövlət Film Fondunun kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov gəliblər. İştirakçıların çoxsaylı suallarını cavablandıran qonaqlar uşaqlara  müxtəlif filmlərdən ibarət hədiyyələr təqdim ediblər.

Sonra uşaqlar qonaqlarla birgə "Sehirli xalat" filmini izləyiblər.

Günün sonunda əyləncəli musiqi saatı təşkil olunub.

Düşərgənin media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları: “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media