logo
ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulub

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulub

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulub ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin inzibati binasında qanvermə aksiyası keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) həkim-hemotoloqlarının iştirakı ilə ANAMA-da 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə qanvermə aksiyası keçirilib.

Agentlik əməkdaşları yüksək həvəslə və könüllü şəkildə aksiyaya qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra qan veriblər.

Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media