logo
Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir

Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir

Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında söylədiyi kimi Azərbaycan qaz təchizatının coğrafiyasını bundan sonra da genişləndirəcək və bir sıra ölkələrlə danışıqlar mərhələsindədir.

Bu ilki Bakı Enerji Həftəsi Azərbaycanın dünyaya təqdim olunması baxımından mühim bir platformadır. Artıq bu bir ənənəyə çevrilib. Bu ilki Bakı Enerji Həftəsi çox önəmli bir tarixə təsadüf edir. Azərbaycanda bu məsələlər ən çox müzakirə olunan məsələlərdi.

 Bu gün Azərbaycan COP29-a hazırlaşır. Bu kifayət qədər Qlobal forumdur. Çoxlu sayda qonaqların buraya gəlməsi və müzakirələrin aparılması nəzərdə tutulur. Eyni zamanda biz nəzərə almalıyıq ki, bu gün Azərbaycan sürətli formada yaşıl enerjiyə keçid istiqamətində cənab prezidentin rəhbərliyi ilə çox ciddi addımlar atır. Biz bir neçə ildir bu istiqamətdə bir çox layihələrin keçirildiyinin şahidi oluruq. Bu layihələrin nəticələrini növbəti illərdə açıq-aydın görəcəyik. Bu gün külək enerjisindən, eyni zamanda günəş enerjisindən istifadə və bu modellərin işğaldan azad olunmuş ərazilərdə tətbiqi istiqamətində addımlar atılır. Biz söyləyə bilərik ki, bu bir neçə gündə bütün dünyanın ürəyi Bakı ilə döyünəcək.

Açılış mərasimində prezident bir neçə mühim mesajlar verdi: Azərbaycanın strategiyası, gələcəyə baxışı, bərpa olunan enerji ilə bağlı görülən işlər və digər istiqamətlərdə mühim mesajlar oldu.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu həftə çərçivəsində  bir çox dünyanı düşündürən mühim və qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanda həm bir ilin elan olunması, həm də COP29-un keçirilməsi də  bu tədbirin önəmini daha da artırır. Eyni zamanda bu həftə bizim COP29-a doğru  addımlarımız fonunda buna bir hazırlıq mahiyyəti daşıyır.

Dünyada belə bir fikir formalaşıb ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir. Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və əsrin müqaviləsinə də şahidlik edib. O zaman da dünyanın özündə belə əksər dövlətlər düşünmürdülər ki, vaxt gələcək elə onlar üçün də enerji təhlüksizliyi milli təhlüksizliyə çevriləcək.

1994-cü ildə Ulu Öndər Heydər Əliyev bu dövrü, bu günləri görərək o müqavilələri imzaladı və həmin dövrdən etibarən Azərbaycan gücləndi, iqtisadiyyatı formalaşdı, neftimiz, qazımız eyni zamanda iqtisadiyyatımızın güclənməsinə milli təhlükəsizliyimizə öz töhvəsini verdi.

Əslində bu gün enerji thlükəsizliyi dünya ölkələrinin ümumi inkişafında çox mühim və ciddi bir rol oynayır. Ukrayna Rusiya müharibəsi dövründə bir sıra qərb ölkələri cox ciddi çətinliklər yaşadı. Yəni, onlar bir tərəfdən Rusiyanın qazından, neftindən imtina etməyə çalışarkən özləri enerji təhlükəsizliyi ilə bağlı çox ciddi çətinliklər çəkdi.

Bu dövrdə biz nəzərə almalıyıq ki, Azərbaycan həm Ulu Öndərin vaxtında Bakı-Tibilisi Ceyhan, sonrakı dövrdə Avropaya gedən neft kəmərləri, qaz kəmərləri, bunların hamısı o dövrdən planlaşdırıldı və bu gün biz bu hadisələrin fonunda Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan ölkələrdən birinə çevrilə bildik.

Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ilə bağlı keçirilən ciddi layihələr var. Azərbaycan günəş və külək enerjisinin əldə olunması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirir. Bu mənada bu forumun çox böyük əhəmiyyəti və faydası var.

Bu forum Azerbaycan həqiqətlərinin təbliği və Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq dünyanın nəbzinin tutulduğu, dünyanı düşündürən, narahat edən bir çox vacib mövzuların müzakirə olunduğu bir məkana çevrilib. Bu da Azərbaycanın nüfuzunun artmasına, Azərbaycanın və ona olan etimadın, inamın artmasına öz ciddi və müsbət təsirini göstərir.

Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir. Ən önəmlisi isə hər il bu foruma və bu tədbirə marağın artmasıdır və daha çox şəxsin, ölkənin forumda iştirak etmək üçün addımlar atmasıdır. Hesab edirəm ki, bu, olduqca önəmli, vacib məsələdir. Azərbaycanın həm də nüfuzunun, gücünün, imkanlarının artmasına təkan verən və bunu göstərən ən önəmli məsələlərdən biridir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media