logo
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb "YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib.

Bu həftə düşərgədə Bakı, Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Kürdəmir, Sabirabad da daxil olmaqla, 12-14 yaş aralığında ümumilikdə 31 uşaq qatılıb. Düşərgədə uşaqları zəngin proqram gözləyir.

Həftə ərzində onlar bir-birindən maraqlı görüşlərdə iştirak edəcək, intelektual oyunlara, ustad dərslərinə qatılacaqlar.

İlk olaraq açılış mərasimi keçirilib. Düşərgə iştirakçılarına proqram və onları gözləyən görüşlər barədə məlumat verilib.

Ardınca düşərgə iştirakçılarından olan, şəhidimiz Vüsal Abdullayevin övladı Tamellanın doğum günü qeyd olunub.

Psixoloqların iştirakı ilə düşərgə iştirakçılarının bir-birini tanıması məqsədi ilə komanda oyunları təşkil olunub.

Sonra uşaqlar qrup halında voleybol və futbola qoşulublar.

Düşərgənin ilk günü masaüstü oyunlarla yekunlaşıb.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media