logo
"YAŞAT" düşərgəsinin 3-cü həftəsi başa çatıb

"YAŞAT" düşərgəsinin 3-cü həftəsi başa çatıb

"YAŞAT" düşərgəsinin 3-cü həftəsi başa çatıb "YAŞAT" düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci  “YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb.

Düşərgənin sonuncu günü də uşaqlar günə səhər idmanı ilə başlayıblar.

Ardınca “Gənc Psixoloqlar Birliyi”nin peşəkar psixoloqları tərəfindən psixoloji analiz və test keçirilməsi məqsədi ilə uşaqlarla komanda oyunu keçirilib.

Hovuz saatından sonra peşəkar rəqqas Oruc Rəhimli tərəfindən təşkil olunan ustad dərsində əyləncəli vaxt keçiriblər.

“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili Anar İsgəndərli, “Paşa Bank”ın nümayəndəsi Fərhad Mansurovun da iştirak etdiyi bağlanış mərasimi keçirilib, uşaqlara sertifikat və hədiyyələr təqdim olunub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “PAŞA Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

Dəstəkçilər: “Paşa Həyat Sığorta”, “AFRA”, “Happy Day Cake”, “Baku Bus”, “EGOV”, “İnnovasiyalar Mərkəzi”, "Gənc Psixoloqlar Birliyi".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media