logo
Faiq Xudayevin 50 illik yubileyidir

Faiq Xudayevin 50 illik yubileyidir

Faiq Xudayevin 50 illik yubileyidir Faiq Xudayevin 50 illik yubileyidir

Əkinçilik ET İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayevin bugün 50 illik yubileyidir.

innews.media xatırladır ki, Xudayev Faiq Allahverdi oğlu 1974-cü ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gomur kəndində anadan olmuşdur. 1981-ci ildə Gomur kənd orta məktəbinə daxil olmuş, lakin Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün kimi ailəliklə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşmışlar. 1991-ci ildə Fərman Kərimzadə adına Çalxanqala kənd orta məktəbini gümüş medalla bitirərək, həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd Təsərrüfatı fakultəsinə daxil olmuşdur. 1996-cı ildə həmin universitetin aqranomluq ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərməklə tələbə elmi konfransında qazandığı müvəffəqiyyətə görə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti TETJ Şurası tərəfindən ikinci dərəcəli diplomla təltif edilmişdir.

1994- cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əmək fəaliyyətinə 15.01.1997-ci ildən 2002-ci ilə qədər “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlamışdır.

2005-2008-ci illərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda seleksiya və toxumçuluq ixtisası üzrə aspiranturada təhsil almışdır.

2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində işləmişdir.

2008-2010-cu ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki seleksiyası şöbəsində kiçik elmi işçi vəzifəsində yarmştat, 2010-2013-cü ildə isə həmin şöbədə böyük elmi işçi vəzifəsində işləmişdir.

2012- ci ildə ”Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması” mövzusunda müdafiə edərək 2014-cü ildə Ali Atestasiya Şurasının qərarı ilə Aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci il 30 yanvar tarixində isə seleksiya və toxumçuluq ixtisası üzrə dossent elmi adı almışdır.

Aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Müxtəlif aqroekoloji şəraitdə növdaxili hibridləşmədən istifadə etməklə makaron sənayesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır.

2013-2015-ci illər ərzində Aqrar Elm Mərkəzində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi, 2018-ci ildə həmin şöbənin müdiri və 2019-cu ildən isə Aqrar Elm və İnnovasiya Mərkəzində elmin təşkili və koordinasiyası şöbəsində müdir, Əkinçilik Elmi Tədqiqat İnstitutunun bitki seleksiyası şöbəsində aparıcı elmi işçi vəzifəsində yarımştat işləmişdir.

2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alimlər və Mütəxəssislər şurasının sədri seçilmiş, 35 elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlbinin təşkili üçün istixana operatorluğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin və “Rəvan”, “Xudafərin”, “Gomur-74” bərk buğda sortlarının müəllifidir. Eyni zamanda “Gənc Aqrarçı Alim və Mütəxəssislərə Dəstək” İctima birliyinin sədridir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media