https://innews.media/uploads/news/2022-07/_innews_e29e1bbf5a1326734cf2e0ad5_o.jpg
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 3-cü həftəsi başlayıb. Bu həftə düşərgəyə Bakı və regionlardan olan 12-14 yaş kateqoriyasından olan 45 uşaq qatılıb.
Açılış mərasimində iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib. Sonra uşaqlar oyun parkında əyləncəli vaxt keçiriblər.
Uşaqların fiziki hazırlığının artırılması məqsədilə Milli Olimpiya Komitəsinin “OCEP”layihəsi çərçivəsində maraqlı estafetlər keçirilib. Ardınca uşaqlar oyun parkında əyləniblər.
Düşərgə çərçiəsində mütəmadi olaraq təşkil olunan və uşaqlar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri keçirilib. Düşərgə iştirakçıları bu dəfə dibçəkləri sevdikləri rənglərlə boyayaraq, dizayn ediblər.
Günə stolüstü idman oyunları ilə yekun vurulub.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.
Sponsorlar: “Paşa Bank”, “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi, “NAR"
Ən son xəbərləri səhifəmizdən də izləyin