https://innews.media/uploads/news/2022-07/_innews_ad476178d545ff137e01a535d_o.jpg
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 2-ci həftəsi başa çatıb.
4 və 5-ci gündə ilkin olaraq səhər idmanı təşkil olunub.
İştirakçılar hovuz saatından sonra peşəkar rəqqas İlham Kərimli tərəfindən təşkil olunan ustad dərsində əyləncəli vaxt keçiriblər.
Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları tərəfindən uşaqlar üçün "Pantomima buketi" tamaşası nümayiş olunub. Günün sonunda cizgi film saatı reallaşdırılıb.
Düşərgənin 5-ci günündə Bakı Dövlət Sirkinin şousu uşaqlar tərəfindən maraqla qarşılanıb. Ardından iştirakçılar İctimai Televiziyada yayımlanan "Əlaçı" verilişi əsasında intellektual yarışda iştirak ediblər.
Bağlanış mərasimində uşaqlara sertifikatlar təqdim olunub.
Uşaqlar, həmçinin düşərgənin fəaliyyətini işıqlandıran media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.
Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin