logo
2-ci "YAŞAT" düşərgəsində "Bilim Bakı" mərkəzinin təcrübə məşğələləri reallaşdırılıb

2-ci "YAŞAT" düşərgəsində "Bilim Bakı" mərkəzinin təcrübə məşğələləri reallaşdırılıb

2-ci "YAŞAT" düşərgəsində "Bilim Bakı" mərkəzinin təcrübə məşğələləri reallaşdırılıb 2-ci "YAŞAT" düşərgəsində "Bilim Bakı" mərkəzinin təcrübə məşğələləri reallaşdırılıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci  “YAŞAT” düşərgəsinin 2-ci həftəsi davam edir.

3-cü gündə səhər idmanın ardından uşaqların psixoloqlarla görüşləri reallaşdırlıb.

Günün ikinci yarısında "Bilim Bakı" mərkəzinin müəllimləri tərəfindən riyaziyyat, biologiya və texnologiya laboratoriyalarında təcrübə məşğələləri təşkil olunub.

Sonra yüngül atletika üzrə Avropa çempionu Nazim Babayev tərəfindən idman yarışları təşkil olunub.

Günün sonunda Xalq artisti Tünzalə Ağayevanın iştirakı ilə konsert proqramı təşkil olunub. Proqramda düşərgə iştirakçılarından ikisinin doğum günü qeyd olunub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media