logo
Korporativ sahədə könüllülük fəaliyyəti başlayır!

Korporativ sahədə könüllülük fəaliyyəti başlayır!

Korporativ sahədə könüllülük fəaliyyəti başlayır! Korporativ sahədə könüllülük fəaliyyəti başlayır!

Ölkədə Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində könüllülük fəaliyyətinin genişləndirilməsi, gənclərin korporativ sahədə könüllü fəaliyyəti ilə bilik və bacarıqlarının inkişaf etdirilməsi, könüllülərin liderlik və karyera planlama xüsusiyyətlərinin korporativ sahədə inkişaf etdirilməsi məqsədi ilə “Korporativ Könüllülər” proqramına start verilir.

Korporativ könüllülük fəaliyyətinin əmək bazarının müxtəlif sahələrində gənclər üçün əsas təcrübə elementi, şirkət və müəssisələr üçün isə əsas dəstək mexanizmi kimi həyat normasına çevirmək proqramın missiyası olmaqla, proqramın əsas dəyəri könüllülükdür və könüllülərə verilən dəyər həm onların motivasiya mənbəyi, həm də inkişafa yönləndirən dəstək elementidir.

Proqram çərçivəsində könüllülərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir və könüllülər korporativ mühitin protokol qaydalarını, etikasını və davranış kodeksini öyrənərək nümunəvi korporativ könüllü modeli kimi təlimləndirilirlər.

Korporativ könüllülər özəl və dövlət şirkətlərinin Korporativ Sosial Məsuliyyət istiqamətində fəaliyyətlərdə könüllü dəstəkçi kimi iştirak edir, öz təcrübələrini və əhatə dairələrini artırmaqla yanaşı, eləcə də karyera imkanı əldə edirlər.

Könüllü gənclər 3 istiqamətdə korporativ könüllülük fəaliyyətinə qoşula bilər:

- Korporativ könüllü (korporativ tədbir və layihələrdə könüllülük fəaliyyəti)

- Layihə idarəçiliyi (ideyalarının dəstəklənməsi və layihə idarəetmə təcrübəsi)

- “Araşdırmaçı” təqaüd proqramı (korporativ sahədə marketinq araşdırması üzrə təcrübə)

18-35 yaş arası, könüllülük təcrübəsi olan şəxslər “Korporativ Könüllülər” proqramına qoşulmaq üçün k-konullu.com veb səhifəsi üzərindən müraciət ünvanlaya bilər. Könüllülər sırasına qoşulma prosesi xüsusi imtahan və qapalı tapşırıq əsasında həyata keçiriləcəkdir.

Könüllü olmaq üçün son müraciət tarixi 20 avqust 2023-cü il tarixidir.

Könüllülüyə yeni bir dəyər qataq!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media