logo
Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər

Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər

Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər

Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Millət vəkilləri Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 10-da başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media