logo
Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə qəbul və ehtiyata buraxılma tədbirləri keçirilir - VİDEO

Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə qəbul və ehtiyata buraxılma tədbirləri keçirilir - VİDEO

Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə qəbul və ehtiyata buraxılma tədbirləri keçirilir - VİDEO Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə qəbul və ehtiyata buraxılma tədbirləri keçirilir - VİDEO

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası ilə bağlı Orduda həyata keçirilən tədbirlər davam edir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə rayon və şəhərlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların təntənəli yola salınma mərasimləri keçirilir.

Keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb.

Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə uğurlar arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular daima vətənin müdafiəsi naminə cənab Ali Baş Komandanın əmrinə hazır olacaqlarını bildiriblər. Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media