logo
BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında (National Laboratory of Frascati (LNF) of the National Institute for Nuclear Physics) tədqiqat aparacaq.

Lalə Qəhrəmanlı İtaliya hökuməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2022-2023-cü illər üçün elan edilmiş qrant müsabiqəsində qalib olub.

Proqramda nəzərdə tutulan araşdırmanın professor Stefano Belluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur. Birölçülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyi qazanılan qrant mövzusunun əsasını təşkil edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media