logo
İçərişəhərdə "SehrliQala" festivalı öz qapılarını açır

İçərişəhərdə "SehrliQala" festivalı öz qapılarını açır

İçərişəhərdə "SehrliQala" festivalı öz qapılarını açır İçərişəhərdə "SehrliQala" festivalı öz qapılarını açır

Bəs siz Yeni İl sehrini İçərişəhərin tarixi ab-havası ilə birlikdə hiss etməyə hazırsınız?

Müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarından, orqanik məhsulların yarmarkasından, müxtəlif növ əyləncələr, xüsusilə də uşaq əyləncə zonalarından ibarət olan “Sehrli Qala” öz ziyarətçilərini qarşılamağa hazırdır. Siz növbəti həftələr ərzində İçərişəhəri ziyarət edərək Yeni İl bayramı münasibətilə təşkil edilən tədbirlərdən zövq ala bilərsiniz. Qədim şəhər özünəməxsus sakit ab-havasını qorumaqla yanaşı, bayram günlərində məhz sizin gəlişinizlə canlanacaqdır.

Əgər siz Bakının qədim koloritini duymaq və Yeni İli ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, nağıllar dünyasının əks olunduğu, səmimilik, sevgi ilə dolu qədim şəhər ən münasib məkan ola bilər. Ənənəvi yarmarkamız isə sizə növbənöv zərif sənətkarlıq məhsularını təqdim edir.

İçərişəhəri ziyarət edərək “Sehrli Qala”nın hərarətini bizimlə birlikdə hiss edin!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media