logo
Bakıda artıq "Ukrayna kitab rəfi" var

Bakıda artıq "Ukrayna kitab rəfi" var

Bakıda artıq "Ukrayna kitab rəfi" var Bakıda artıq "Ukrayna kitab rəfi" var

Təsadüfi deyil ki, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin təqdimatı yarandığı gündən Azərbaycanda ukrayna dilinin yayılması və təbliği ilə məşğul olan Mədəniyyət Mərkəzinin binasında keçirilib.

Bakıdakı ilk Ukrayna kitab rəfində həm Ukrayna klassik ədəbiyyatının xəzinələri, həm də elmi və tədris xarakterli uşaq ədəbiyyatı var. 

Maraqlıdır ki, kitab rəfinin ilk oxucuları Ukrayna icmasının nümayəndələri, eləcə də fevralın 24-dən sonra Azərbaycana gələn ukraynalı uşaqlar olub. 

Maraqlıdır ki, kitab rəfimiz elə ilk gündən icmamızın fəallarının yaradıcı ideyalarının həyata keçirildiyi məkana çevrilib. Belə ki, yaradıcı Klymenko ailəsi Sergiya və Nadia, eləcə də onların kiçik oğlu Markın uşaq şeirləri toplusunu özündə əks etdirən “Veseloped” uşaq kitabını Ukrayna Mərkəzinə təqdim edərək hədiyyə edib.

Tədbirdə Ukrayna səfiri Vladislav Kanevskinin həyat yoldaşı Lyudmila Grebenichenko, Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulu Mehrəli Qasımov, Ukrayna Mərkəzinin direktoru Oleksandr Klassen, Ukrayna Mərkəzinin Şamaxı Regional Filialınım rəhbəri Rüstəm İsgəndərli və ukrayna icmasının fəalları iştirak etmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media