logo
"İndiki ağlım olsaydı,"Təhminə" roluna çəkilməzdim..." - VİDEO

"İndiki ağlım olsaydı,"Təhminə" roluna çəkilməzdim..." - VİDEO

"İndiki ağlım olsaydı,"Təhminə" roluna çəkilməzdim..." - VİDEO "İndiki ağlım olsaydı,"Təhminə" roluna çəkilməzdim..." - VİDEO

Mən sizə bir etiraf edim. İndi o dövrə qayıda bilsəydik, o yaşda olsaydım və “Təhminə” rolunun təklifi gəlsəydi, qəti ifa etməzdim! Ümumiyyətlə, mən bir filmin ikinci dəfə çəkilişini, yeni həyat verilməsini sevmirəm.

innews.media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Düzünə qalsa...” verilişində deyib.  

O vaxt saqqımızı oğurladılar deyə, razılıq verdim. Özüm də istədim. Amma bu ağlımla o dövr olsaydı, istəməzdim. Rasim Ocaqov kimi böyük sənətkar çəkmişdi, bugünə kimi də həmin film sevilir. Kim nəylə razıdır ya yox, bu başqa söhbətdir. Film sevilir, qəbul olunur. Ikinci dəfə o filmin çəkilməsi düzgün deyildi. Düşünürəm ki, lazım deyildi!

7-ci sinifdə oxuyarkən, anamı itirmişəm. O mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim. Nə bilim qismət. Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə mən bu sənətdə də olmazdım. Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. 11-12 yaşım var idi, anam hələ sağ idi. Bir gün dayımgilə getmişdik. Dayım bəlli bir yaşda idi, övladları da böyük idi. Dayımın 60 yaşı var idi, bir ana mahnısına qulaq asan kimi ağladı. Çatmırdı mənə, dedim bu niyə ağlayır, day anası çoxdan ölüb də. Deməli, o yaşda insan da ana üçün ağlayarmış... Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de. Rəfiqə də sənin kimi təcrübəsizdir...

“Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt, qətiyyən! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdur. Çox nadir hallarda, bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar! Mənim problemim mənə aiddir. Onu qızıma da demərəm”, - aktrisa əlavə edib. 

Əməkdar artist qızına çox qadağa qoyduğunu etiraf edib: “Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən də! Qızıma çox qadağa qoymuşam, bugünə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb-universitet! Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağı-qarası idi, ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı-acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır...”

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media