logo
Karlos Saynz “Williams”la yeni müqavilə imzaladı

Karlos Saynz “Williams”la yeni müqavilə imzaladı

Karlos Saynz “Williams”la yeni müqavilə imzaladı Karlos Saynz “Williams”la yeni müqavilə imzaladı

Karlos Saynz “Williams” komandası ilə yeni çoxillik müqavilə imzalayıb. Bununla da komanda 2027-ci il Formula 1 mövsümü üçün sürücü heyətini Aleks Albon və Karlos Saynzla qoruyacağını təsdiqləyib.

Saynz 2025-ci ildə “Ferrari”dən ayrılaraq “Williams”a keçib. İspaniyalı pilot komandanın heyətində iki dəfə podiuma yüksəlib və 2025-ci ildə “Williams”ın Konstruktorlar Çempionatında 5-ci yeri tutmasına töhfə verib.

2026-cı il mövsümünün komanda üçün daha çətin keçməsinə baxmayaraq, Saynz “Williams”ın uzunmüddətli layihəsinə inamını qoruyub.

“Williams-ın layiq olduğu yerə qayıtmasına kömək etmək üçün ilk günkü kimi sadiqəm. Komanda ilə daha çox xatirələr yaratmağı səbirsizliklə gözləyirəm”, – Saynz bildirib.

“Williams”ın komanda rəhbəri Ceyms Vovlz isə Saynzın komandadakı rolunu yüksək qiymətləndirib.

“Karlos bu komandanın lideridir. Onun yarış sürəti və yüksək performans üçün pərdəarxasında gördüyü işlər bizim üçün çox dəyərlidir”, – Vovlz deyib.

2026-cı ildə Saynz indiyədək 6 xal toplayıb və ən yaxşı nəticəsi 9-cu yer olub. “Williams” mövsümün ikinci yarısında, xüsusilə Azərbaycan Qran Prisində təqdim olunması planlaşdırılan yenilənmiş paketdən sonra nəticələrini yaxşılaşdırmağa ümid edir.

Qeyd edək ki, bundan bir gün əvvəl Aleks Albonun da 2027-ci ildə “Williams”da qalacağı açıqlanıb. Beləliklə, komanda gələn mövsüm üçün sürücü heyətini rəsmən müəyyənləşdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media