https://innews.media/uploads/news/2026-08/_innews_103898ec706bcb824873c415d_o.jpg
“İmişli” fevralda 18 yaşlı Nazim Hüseynovla imzaladığı 2,5 illik müqaviləyə xitam verib. Hücumameyilli yarımmüdafiəçi Premyer-liqanın ilk turunda, “İmişli”nin səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdiyi matçın (0:0) iştirak ərizəsində də yer almayıb.
İlk baxışdan belə təsəvvür yaranır ki, Aran təmsilçisinin gənc futbolçunun perspektivinə inamı qalmayıb. Bəs onda niyə Nazimlə fevralda uzunmüddətli – 2,5 illik müqavilə bağlamışdılar?
“Football-plus.az” məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxlayıb:
“Nazim karyerasını Türkiyədə – “Çorum”da davam etdirmək istədiyini bildirdi. Biz isə ona mane olmadıq. Qapımız həmişə ona açıqdı. İstedadlı gənc olduğuna inanırıq. Gələcəkdə ölkə futboluna xeyir verəcəyinə əminik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin